İsfahan Texnologiya Universiteti və Tehrandakı Elm və Texnologiya Universiteti ABŞ ilə İsrailin hücumuna məruz qalıb.
“İki sahil” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X"dəki hesabında yazıb.
"İsfahan Texnologiya Universiteti və Tehrandakı Elm və Texnologiya Universiteti ABŞ ilə İsrailin İran xalqına qarşı müharibəsinin son 30 günü ərzində qəsdən hücuma məruz qalan bir çox ali məktəb və tədqiqat mərkəzlərindən sadəcə ikisidir",- XİN-in sözçüsü bildirib.
İ. Bəqainin sözlərinə görə, ABŞ ilə İsrailin İrana hücumunun əsl məqsədi aydınlaşır: "Universitetləri, tədqiqat mərkəzlərini, tarixi abidələri və görkəmli alimləri sistemli şəkildə hədəfə alaraq ölkəmizin elmi təməlini və mədəni irsini iflic etmək istəyirlər".
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb