Suriya ordusu bildirib ki, Haseke əyalətinin şimal-şərqindəki Kasraq hərbi bazasına İraq ərazisindən buraxılan dronlarla hücum edilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Al Hadath" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, bazaya dörd döyüş dronu tərəfindən zərbə endirilib.
Suriya tərəfi hücuma görə İraq hökumətini günahlandırıb. Zərbə nəticəsində yarana biləcək zərər və ya itki barədə məlumat verilməyib.
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb