İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Livanın cənubunda İsrailin hərbi nəzarəti altında təhlükəsizlik zonasının genişləndirilməsini əmr edib.
“İki sahil” xəbər verir ki, o, bu açıqlamanı ölkənin şimal sərhədinə səfəri zamanı videomüraciətdə verib. Görüntülər Baş nazirin Dəftərxanası tərəfindən yayılıb.
"Sərhədimizə basqın və raket atəşi təhdidinin qarşısını qəti şəkildə almaq üçün mövcud təhlükəsizlik zonasının daha da genişləndirilməsini əmr etdim", - Netanyahu deyib.
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb