30 mart 2026 00:40
98

İsrail Tehrana yeni hücum dalğası başladıb

İsrailin Hərbi Hava Qüvvələri İran paytaxtına yeni hücum dalğası başladıb.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.

Bəyanatda hücumların Tehrandakı düşmən obyektlərini hədəf aldığı qeyd olunub.

Bu fonda İrandan elektrik enerjisinin kəsintiləri barədə məlumatlar yayılır. "Fars" xəbər agentliyinin məlumatına görə, Tehran yaxınlığında yerləşən Kərəc şəhərində, eləcə də İran paytaxtının bir neçə rayonunda elektrik enerjisinin kəsintiləri qeydə alınıb.