ABŞ-nin Bağdaddakı səfirliyi İraqdakı Amerika universitetlərinə mümkün hücumlar barədə xəbərdarlıq edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Əl-Hadath" telekanalı məlumat yayıb.
Səfirliyin açıqlamasında Bağdaddakı, eləcə də İraq Kürdüstanının Süleymaniyyə və Dohuk şəhərlərindəki təhsil müəssisələrinə qarşı real təhlükə olduğu qeyd edilib.
ABŞ tərəfinin məlumatına görə, müəyyən silahlı qruplar Amerika universitetlərinə hücum etmək niyyətindədirlər.
ABŞ səfirliyi bununla əlaqədar vətəndaşlarını İraqı dərhal tərk etməyə çağırıb.
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb