Çinin şimal-şərqindəki Heyluntszyan əyalətində binanın qismən uçması nəticəsində 7 nəfər həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə "Xinhua" agentliyinin məlumatında deyilir.
Hadisə bazar günü gecə saatlarında Haylin şəhərində baş verib, doqquz nəfər dağıntılar altında qalıb. Onlardan ikisi xəstəxanaya çatdırılıb, qalan yeddi nəfər həlak olub.
Hazırda xilasetmə işləri başa çatıb, qəzanın səbəbləri araşdırılır.
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb