Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar martın 31-də Çinə səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər Çinin xarici işlər naziri Van İnin dəvəti ilə baş tutacaq.
XİN-dən verilən məlumata görə, Pakistanla Çin arasında regional və beynəlxalq məsələlər üzrə sıx koordinasiya və müntəzəm məsləhətləşmələrlə xarakterizə olunan hərtərəfli strateji tərəfdaşlıq mövcuddur.
"Bu kontekstdə qarşıdakı səfər tərəflərə regional vəziyyət, eləcə də qarşılıqlı maraq kəsb edən ikitərəfli və qlobal məsələlərə dair müzakirələr aparmağa imkan verəcək", - məlumatda qeyd olunub.