ABŞ Pakistan və digər ölkələr vasitəsilə İrana danışıqlar aparmağı təklif edib.
“İki sahil”in İRNA agentliyinin teleqram kanalına istinadən verdiyi xəbərə görə, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib.
"Danışıqların sonuncu raundundan etibarən biz bəzi vasitəçilərdən, o cümlədən Pakistandan ABŞ-nin danışıqlara hazır olmasına dair mesajlar alırdıq", - o qeyd edib.
Bəqai bildirib ki, indiyədək İran tərəfi ABŞ ilə birbaşa təmasda olmayıb.
Bundan başqa, o, ABŞ-nin münaqişənin həlli üçün təklif etdiyi 15 bənddən ibarət planın qeyri-real olduğunu deyib.
"Müxtəlif adlar altında bizə ötürülən materiallar, məsələn, 15 bənd qeyri-real, məntiqsiz olmaqla yanaşı, özündə çoxsaylı tələbləri də ehtiva edirdi", - Bəqai vurğulayıb.