30 mart 2026 15:44
92

Azərbaycan əczaçılıq məhsullarının ixracından gəlirini 20 %-ə yaxın artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 88 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % azdır.

Hesabat dövründə Azərbaycan həmçinin 0,6 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 19,6 % çoxdur.

Əczaçılıq məhsulları üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 3,4 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,02 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 29,65 % azdır.

Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 66 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 69,75 % çoxdur.