30 mart 2026 16:49
94

Simonyan belçikalı parlamentarilərlə Azərbaycanla sülh prosesini müzakirə edib

Ermənistan parlamentinin sədri Alen Simonyan Belçika-Ermənistan parlamentlərarası dostluq qrupunun üzvləri ilə Ermənistanla Azərbaycan arasında sülh prosesini, həmçinin cari regional vəziyyəti müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə  Ermənistan parlamenti məlumat yayıb.

Qeyd olunur ki, Krallıq parlamentinin Belçika-Ermənistan dostluq qrupunun nümayəndə heyəti Elsa Van Hoffun başçılığı ilə Ermənistanda səfərdədir.

"İkitərəfli münasibətlər, Ermənistanda demokratik islahatlar, Ermənistanla Azərbaycan arasında sülh prosesi, həmçinin regional inkişaf əsas müzakirə mövzusu oub", - məlumatda deyilir.

Alen SimonyanAzərbaycanla Ermənistan arasında sülh prosesi