İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS hərəkatının Qəzza zolağının şimal hissəsində fəaliyyət göstərən özəyinə zərbə endirib.
“İki sahil” İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidmətindən bildirilib.
"Gecə (bazar ertəsi) İsrail hərbçiləri HƏMAS-ın Qəzza zolağının şimal hissəsində fəaliyyət göstərən terror özəyini aşkar ediblər və İsrail Müdafiə Qüvvələri üçün təhlükənin aradan qaldırılması məqsədilə zərbə endirərək terrorçuları məhv ediblər", - məlumatda deyilir.
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb