"İrandan atıldığı və Türkiyə hava məkanına daxil olduğu müəyyən edilən ballistik raket, Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirilib”.
“İki sahil” yazır ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.
“Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş bütün təhdidlərə qarşı qətiyyətlə və tərəddüd etmədən lazımi tədbirlər görülür və regiondakı bütün inkişaflar milli təhlükəsizliyimizə üstünlük verərək diqqətlə izlənilir”, - deyə qeyd edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb