30 mart 2026 19:50
88

BƏƏ bu gün 11 ballistik raketin və 27 PUA-nın hücumuna məruz qalıb

Bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana məxsus 11 ballistik raket və 27 pilotsuz uçuş aparatı ilə hədəf alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, indiyədək BƏƏ-yə 425 ballistik raket, 15 qanadlı raket və 1941 PUA atılıb. Bu hücumlar zamanı iki hərbçi və 8 mülki şəxs həlak olub, 178 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Nazirliyin yaydığı açıqlamada vurğulanıb ki, silahlı qüvvələr istənilən təhdidlə mübarizə aparmağa və ölkənin təhlükəsizliyini sarsıtmağa yönəlmiş bütün cəhdlərin qarşısını qətiyyətlə almağa hazırdır.

Bəyanatda qeyd olunub ki, görülən tədbirlər dövlətin suverenliyinin, təhlükəsizliyinin və sabitliyinin qorunmasına, eləcə də milli maraqların müdafiəsinə xidmət edir.