Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Syerra Leone yığması ilə üz-üzə gəlib.
“İki sahil” yazır ki, qarşılaşmanın 28-cidəqiqəsində qonaqların futbolçusu Kanu hesabı açıb. 72-ci dəqiqədə isə Rahil Məmmədov möhtəşəm qol ilə hesabı bərabərləşdirib – 1-1.
Qarşılaşma bu hesabla başa çatıb.
Qalibi müəyyənləşdirmək üçün vurulan penaltilərdə üstün olan milli komandamız (9-8) turnirin qalibi olub.
Xatırladaq ki, Azərbaycan millisi martın 27-də Sent Lüsiya yığmasını 6:1 hesabı ilə məğlub edib.
“FIFA Series – 2026”
30 mart
19:00. Azərbaycan 1-1 Syerra Leone ((Penaltilər - 9-8))
Qollar: Kanu, 28 (0-1), Rahil Məmmədov, 72 (1-1)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”