30 mart 2026 21:55
94

ABL: XX turunda "Neftçi" qələbə qazanıb

Azərbaycan Basketbol Liqasında XX turun daha bir oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, günün yeganə matçında "Neftçi" NTD ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan qarşılaşma "ağ-qaralar"ın 93:83 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, tura martın 31-də yekun vurulacaq.