30 mart 2026 22:42
99

İranlı diplomat: Ukraynanı ABŞ və İsrailin Tehrana qarşı hücumlarının iştirakçısı sayırıq

İran Ukraynanı ABŞ və İsrailin Tehrana qarşı hücumlarının iştirakçısı hesab edir.

“İki sahil” IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani baş katib Antonio Quterreşə və Təhlükəsizlik Şurasına ünvanladığı məktubda bildirib.

"Regiona "yüzlərlə mütəxəssisin" göndərilməsi barədə etiraf mahiyyət etibarilə ABŞ və İsrailin İrana qarşı davam edən qanunsuz hərbi təcavüzə maddi və əməliyyat dəstəyinin göstərilməsi kimi qiymətləndirilir", - deyə o vurğulayıb.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, PUA ilə mübarizə üzrə 228 ukraynalı ekspert Qətər, BƏƏ və Səudiyyə Ərəbistanındadır, Küveyt və İordaniya ilə də bu istiqamətdə iş aparılır.