ABŞ Vaşinqtonun İrana qarşı hərbi əməliyyatının xərclərini ərəb dövlətlərinin ödəməsində maraqlıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.
"Düşünürəm ki, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp onları buna təşviq etməkdə çox maraqlı olardı. Bu məsələdə ondan (Amerika lideri - Qeyd) önə keçməyəcəyəm. Amma əminəm ki, onun bu fikri var", - deyə o, Vaşinqtonun ərəb ölkələrinin İrana qarşı əməliyyatını maliyyələşdirməsini istəyib-istəməməsi sualına cavab olaraq bildirib.
O, ABŞ administrasiyasının rəhbərinin daha sonra bu məsələ ilə bağlı özü şərh verəcəyinə söz verib.
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb