31 mart 2026 00:30
103

Azərbaycan Şahmat Federasiyası yeni layihəyə start verib

Azərbaycan Şahmat Federasiyası yeni layihəyə start verib.

“İki sahil” xəbər verir ki, milli komandanın üzvləri, eləcə də tanınmış şahmatçılar federasiyanın internet səhifəsi üzərindən “Ustad dərsləri”ndə iştirak edəcəklər. “Ustad dərsi”ndə şahmatçılar müxtəlif partiyaları təhlil edəcək, karyeralarında ən çətin oyunlar barədə danışacaqlar.

“Ustad dərsi”nin növbəti buraxılışında milli komandanın üzvü, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva qonaq olub.