31 mart 2026 00:45
101

Sumqayıtda ana və azyaşlı qızını avtomobil vurub

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Natəvan Sofiyeva və onun 2022-ci il təvəllüdlü qızı M.T-nı avtomobil vurub.

Qəza nəticəsində ana və azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

"Report"