İran Nazirlər Kabineti ölkə əhalisinə xidmətdə heç bir fasiləyə yol verməyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" hesabında yazıb.
"Hökumət xalqa xidmət etməyə tam sadiqdir və xidmətlərdə heç bir fasiləyə yol verməyəcək. Birlikdə, milli həmrəylik içində bu qəddar işğala müqavimət göstəririk", - deyə o əlavə edib.
O, həmçinin bildirib ki, son kabinet iclasında ölkənin Silahlı Qüvvələrinin səylərini yüksək qiymətləndirib, İranın cəsur və çalışqan xalqına minnətdarlığını bildirib.
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
Tramp: ABŞ 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktlarını heç vaxt unutmayacaq