Bu il Ukrayna Rusiya ordusunu hücumlardan çəkindirmək üçün strateji müdafiə əməliyyatı aparmağa diqqət yetirəcək.
“İki sahil” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı general Aleksandr Sırski ICTV kanalına verdiyi müsahibədə bildirib.
Sırski bildirib ki, bu il məqsəd ərazi itkisinin qarşısını almaq, Rusiyanın qüvvələrini və aktivlərini tükəndirmək, genişmiqyaslı hücum əməliyyatları üçün şərait yaratmaq, ehtiyatları artırmaq, şəxsi heyət üçün yüksək keyfiyyətli təlim keçirmək və eyni zamanda Rusiya ordusunun zəif olduğu ərazilərdə əks-hücum əməliyyatları aparmaqdır.
Onun sözlərinə görə, bu, əraziləri azad etmək və strateji əməliyyat təşəbbüsünü qorumaq üçün lazımdır.
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
Tramp: ABŞ 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktlarını heç vaxt unutmayacaq