İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə İsrailin ölkənin səhiyyə müəssisələrinə hücumlarını pisləyib.
“İki sahil” xəbər verir ki, bu barədə M. Pezeşkian "X"dəki hesabında yazıb.
O, ABŞ və İsrailin İrandakı xəstəxana, əczaçılıq şirkətləri və Paster İnstitutuna hücumlarını anlaşılmaz adlandırıb:
"Mütəxəssis bir həkim olaraq, ÜST-ü (Ümumdünya Səhiyyə Təşkilatı), Qırmızı Xaçı (Beynəlxalq Qırmızı Xaç Komitəsi - BQXK), "Sərhədsiz Həkimlər"i və bütün dünyadakı həkimləri bəşəriyyətə qarşı bu cinayətə reaksiya verməyə çağırıram".
"Bloomberg": Dünyanın ən varlı 10 insanı siyahısında yalnız amerikalılar qalıb
ABŞ-də 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş pul nişanı buraxılıb