Pentaqon ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcun istefasını təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Departamentin sözçüsü Şon Parnell sosial mediada açıqlama verib.
Bildirilib ki, general Rendi Corc Ordunun 41-ci Baş Qərargah rəisi vəzifəsindən dərhal sonra təqaüdə çıxır. Hərbi Nazirlik onun ölkəyə xidmətini yüksək qiymətləndirərək təşəkkür edib və təqaüddə uğurlar arzulayıb.
Pentaqon bununla əvvəlki media xəbərlərini təsdiqləyib. Xatırladaq ki, “CBS News” daha əvvəl mənbələrə istinadla müdafiə naziri Pit Heqsetin Corcun istefasını tələb etdiyini bildirmişdi.
"Bloomberg": Dünyanın ən varlı 10 insanı siyahısında yalnız amerikalılar qalıb
ABŞ-də 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş pul nişanı buraxılıb