İranın Atom Enerjisi Təşkilatı (İAET) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direkoru Rafael Qrossiyə etiraz edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Khabar Fouri" məlumat yayıb.
Buna səbəb R. Qrossinin Tehrandan göndərilən məktuba cavab verməməsidir:
"ABŞ və İsrailin İranın dinc məqsədlərlə istifadə etdiyi nüvə obyektlərinə hücumları qarşısında AEBA-nın sükutu sadəcə fəaliyyətsizlik deyil, əksinə, hava zərbələrinə açıq şəriklikdir. AET-nin rəhbəri bu ədalətsiz hücumlardan sonra baş direktora etiraz məktubları göndərib. Bu tarixi səhlənkarlıq agentliyin qalan etibarını da məhv edəcək".
Xatırladaq ki, martin 27-də İsrail İranın Yəzd vilayətində yerləşən uran filizi konsentratı istehsalı zavoduna zərbə endirib. Martın 28-i Tehrandan AEBA-ya məlumat verilib, Rafael Qrossi isə hazırda araşdırma aparıldığını deyib.
"Bloomberg": Dünyanın ən varlı 10 insanı siyahısında yalnız amerikalılar qalıb
ABŞ-də 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş pul nişanı buraxılıb
Litva ABŞ-dən HIMARS sistemlərinin çatdırılmasında gecikmələr olduğunu açıqlayıb