BƏƏ-də Habşan qaz strukturuna səmada zərərsizləşdirilmiş raketin qəlpələrinin düşməsi nəticəsində bir nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə zamanı yanğın baş verib.
“İki sahil” “Əbu Dabi Media Bürosu”na istinadla xəbər verir ki, həlak olan şəxs Misir vətəndaşı olub. Yaralananlardan ikisi Pakistan, digərləri isə Misir vətəndaşlarıdır.
Qeyd olunur ki, struktura böyük ziyan dəyib. Hadisədən sonra orada işlər dayandırılıb. Dəymiş zərər qiymətləndirilir.
"Bloomberg": Dünyanın ən varlı 10 insanı siyahısında yalnız amerikalılar qalıb
ABŞ-də 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş pul nişanı buraxılıb
Litva ABŞ-dən HIMARS sistemlərinin çatdırılmasında gecikmələr olduğunu açıqlayıb