NATO-nun Baş katibi Mark Rütte aprelin 8-dən 12-dək ABŞ-nin paytaxtı Vaşinqtona səfər etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə alyansın Brüsseldəki qərargahının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Mark Rütte ABŞ Prezidenti Donald Tramp, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset ilə görüşlər keçirəcək.
Qeyd olunub ki, aprelin 9-da baş katib əsas nitqlə çıxış edəcək, həmçinin Ronald Reyqan Prezident Fondu İnstitutu tərəfindən təşkil edilən müzakirədə iştirak edəcək.
Bildirilib ki, aprelin 10-dan 12-dək Mark Rütte Bilderberq Klubunun iclasında iştirak edəcək.
"Bloomberg": Dünyanın ən varlı 10 insanı siyahısında yalnız amerikalılar qalıb
ABŞ-də 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş pul nişanı buraxılıb
Litva ABŞ-dən HIMARS sistemlərinin çatdırılmasında gecikmələr olduğunu açıqlayıb