ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ikinci qırıcı təyyarə aprelin 3-də Fars körfəzində qəzaya uğrayıb.
“İki sahil” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, İran üzərində F-15E qırıcı təyyarəsinin vurulması ilə eyni vaxtda Hörmüz boğazı yaxınlığında A-10 Warthog hücum təyyarəsi də qəzaya uğrayıb.
Nəşrin məlumatına əsasən, A-10 pilotu xilas edilib. F-15E-də bir heyət üzvü xilas olunub, ikinci pilotun axtarışı isə davam edir.
Rəsmilər A-10 qəzasının təfərrüatlarını, o cümlədən hadisənin dəqiq yeri və şəraitini açıqlamayıblar.
"Bloomberg": Dünyanın ən varlı 10 insanı siyahısında yalnız amerikalılar qalıb
ABŞ-də 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş pul nişanı buraxılıb
Litva ABŞ-dən HIMARS sistemlərinin çatdırılmasında gecikmələr olduğunu açıqlayıb