ABŞ Silahlı Qüvvələri altıncı nəsil “F-47” qırıcısının sürətləndirilmiş hazırlanmasını prioritet istiqamət kimi müəyyən edib. Məqsəd prototipin ilk uçuşunu 2028-ci ildə reallaşdırmaqdır.
“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin Konqresə təqdim etdiyi 2027-ci maliyyə ili üçün hərbi büdcə layihəsində məlumat verilir.
Sənəddə bildirilir ki, 2027-ci il büdcə sorğusunda “F-47” qırıcısının operativ hazırlanması və istehsalına xüsusi diqqət yetiriləcək.
Məlumata görə, “F-47” qırıcısının uçuş mənzili 1 000 dəniz milindən (1852 km) çox ola bilər ki, bu da əvvəlki modellərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksək göstəricidir.
"Bloomberg": Dünyanın ən varlı 10 insanı siyahısında yalnız amerikalılar qalıb
ABŞ-də 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş pul nişanı buraxılıb
Litva ABŞ-dən HIMARS sistemlərinin çatdırılmasında gecikmələr olduğunu açıqlayıb