Əvvəllər 4 aprelə planlaşdırılan “Sunkar” (Soyuz-5) raket daşıyıcısının ilk sınaq buraxılışı təxirə salınıb.
“İki sahil” KazTAG-a istinadla xəbər verir ki, buraxılış tarixi daha sonra müəyyən ediləcək.
Kosmodromdakı mənbə bildirib ki, "Buruluş tarixinin ehtiyat günə təxirə salınması buraxılış kompleksi avadanlıqlarının və raket daşıyıcısı sistemlərinin əlavə yoxlanılması zərurəti ilə əlaqədardır. Lazımi yoxlamalar başa çatdıqdan və hər hansı bir problem həll edildikdən sonra dövlət komissiyası buraxılış tarixi barədə qərar verəcək".
Xatırladaq ki, “Sunkar” raketinin əvvəlcə 27 martda buraxılması planlaşdırılırdı. Lakin texniki səbəblərə görə buraxılış tarixi ehtiyat günlərə təxirə salınıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
"Bloomberg": Dünyanın ən varlı 10 insanı siyahısında yalnız amerikalılar qalıb
ABŞ-də 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş pul nişanı buraxılıb
Litva ABŞ-dən HIMARS sistemlərinin çatdırılmasında gecikmələr olduğunu açıqlayıb