İran hakimiyyəti humanitar yüklər və zəruri tələbat malları olan gəmilərin ölkə limanları istiqamətində Hörmüz boğazından keçməsinə icazə verib.
“İki sahil” "Tasnim"ə istinadən xəbər verir ki, qərar İran hökuməti və ölkənin silahlı qüvvələrinin razılığı əsasında qəbul edilib.
Bildirilib ki, İran Oman dənizində olan gəmilərə də Hörmüz boğazından keçməyə icazə verib.
Söhbət, xüsusən də, zəruri tələbat malları və yem ehtiyatları daşıyan gəmilərdən gedir.
Qeyd olunub ki, gəmilərin keçidinin təmin edilməsi üçün təsdiq edilmiş protokollara uyğun olaraq zəruri prosedurlar yerinə yetirilməlidir.
"Bloomberg": Dünyanın ən varlı 10 insanı siyahısında yalnız amerikalılar qalıb
ABŞ-də 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş pul nişanı buraxılıb
Litva ABŞ-dən HIMARS sistemlərinin çatdırılmasında gecikmələr olduğunu açıqlayıb