İordaniya Silahlı Qüvvələri Yaxın Şərqdə münaqişə başlayandan bəri ölkənin İran tərəfindən 281 hücuma, o cümlədən 161 raket zərbəsinə və 120 pilotsuz uçuş aparatı ilə hücumuna məruz qaldığını bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə "Petra" agentliyi məlumat yayıb.
20-si istisna olmaqla, buraxılan obyektlərin əksəriyyəti zərərsizləşdirilib.
Ordunun bəyanatında, həmçinin qeyd olunub ki, bütün hücumlar İordaniya ərazisindəki kritik əhəmiyyətli obyektlərə və infrastruktura yönəldilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Prezident Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına dəstəyini davam etdirəcək
İraqla İran arasındakı sərhəd-keçid məntəqəsinə hava zərbəsi endirilib, ölən var