İranın yeni hava hücumundan müdafiə sistemi aprelin 3-də ABŞ və İsrailin üç təyyarəsini və iki helikopterini vurub.
“İki sahil” xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bugünkü bəyanatında deyilir.
Məlumata görə, F-35 qırıcısı, iki A-10 təyyarəsi və daha iki "Black Hawk" helikopteri vurulub. SEPAH həmçinin vahid inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin tətbiq edildiyini bildirib.
Daha əvvəl İran hərbçiləri F-35 qırıcısının məhv edildiyini və pilotunun saxlanıldığını bildiriblər. Amerika nəşri "Axios" hadisənin başvermə şəraiti ilə tanış mənbəyə istinadən yazıb ki, söhbət iki nəfərlik "F-15E Strike Eagle"dən gedə bilər.
"Bloomberg": Dünyanın ən varlı 10 insanı siyahısında yalnız amerikalılar qalıb
ABŞ-də 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş pul nişanı buraxılıb
Litva ABŞ-dən HIMARS sistemlərinin çatdırılmasında gecikmələr olduğunu açıqlayıb