Ukraynanın paytaxtı Kiyev şəhərində avtomobil partlayıb.
“İki sahil” Kiyev polisinin yaydığı məlumata istinadən xəbər verir ki, hadisə şəhərin qərbindəki Svyatoşinski rayonunda qeydə alınıb. Partlayış nəticəsində yaxınlıqda park edilmiş digər nəqliyyat vasitələrinə də ziyan dəyib.
Polis hadisənin səbəblərini araşdırır. Hələlik itki barədə məlumat yoxdur.
"Bloomberg": Dünyanın ən varlı 10 insanı siyahısında yalnız amerikalılar qalıb
ABŞ-də 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş pul nişanı buraxılıb
Litva ABŞ-dən HIMARS sistemlərinin çatdırılmasında gecikmələr olduğunu açıqlayıb