Misli Premyer Liqasının 26-cı turunda “Sumqayıt” “Neftçi” ilə qarşılaşıb.
“İki sahil” yazır ki, oyunun 36-cı dəqiqəsində penaltini dəqiq yerinə yetirən Freddi Varqas hesabı açıb. 53-cü dəqiqədə Nikola Ninkoviç “Sumqayıt”ın bərabərlik qolunu vursa da 65-ci dəqiqədə İfeanyi Metyu yenidən “Neftçi”ni hesabda önə çıxarıb – 1-2.
Yarışda son qolu 89-cu dəqiqədə Vensan Abubakar vurub. Bununla da “Ağ-qaralar” səfərdə 1-3 hesablı qələbə qazanıblar.
Misli Premyer Liqası,
26-cı tur
5 aprel (bazar)
18:00. “Sumqayıt” 1-3 “Neftçi”
Qollar: Freddi Varqas, 36-pen. (0-1), Nikola Ninkoviç, 53 (1-1), İfeanyi Metyu, 65 (1-2), Vensan Abubakar, 89 (1-3)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”