05 aprel 2026 22:12
118

Pakistan ordusu sərhəd məntəqəsini ələ keçirmək cəhdinin qarşısını alıb

Pakistan Silahlı Qüvvələri Əfqanıstan qüvvələrinin sərhəd məntəqəsini ələ keçirmək cəhdinin qarşısını alıb və nəticədə 37 Əfqanıstan əsgəri həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Attaullah Tarar "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, toqquşmalar aprelin 2-dən 3-nə keçən gecə Xayber Paxtunxva vilayətinin Qulam-Xan rayonunda baş verib. 80-dən çox Əfqan əsgəri yaralanıb. A.Tarar Pakistan tərəfindən itki sayını açıqlamayıb.

Nazir bildirib ki, fevral ayının sonlarında münaqişənin şiddətlənməsindən bəri Kabildə ən azı 796 əsgər həlak olub, 1043-dən çox əsgər yaralanıb.