06 aprel 2026 01:36
111

Nigeriya ordusu Kaduna ştatında 31 girovu azad edib

Nigeriya ordusu Kaduna ştatında Pasxa ayinləri zamanı terrorçular tərəfindən kilsədə qaçırılan 31 mülki şəxsi azad edib.

“İki sahil” xəbər verir ki, bu barədə ordunun rəsmi "X" hesabında yayılan açıqlamada bildirilib.

Kaçia rayonunun Ariko kəndindəki məbəddə ibadət edənlər girov götürülüb və hücum zamanı beş nəfər öldürülüb.

Əsgərlər hücum edənləri təqib edir.