06 aprel 2026 13:55
124

II “GİNius” intellektual yarışının növbəti mərhələsi baş tutub

Aprelin 4-də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənc əməkdaşlar arasında keçirilən qurumlararası II “GİNius” intellektual yarışının növbəti mərhələsi baş tutub.

“İki sahil” xəbər verir ki, Azərbaycan İdman Akademiyasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb və belə təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Komanda ruhunun gücləndirilməsi, çevik qərarvermə bacarıqlarının inkişaf etdirilməsi və qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunan bu mərhələdə ümumilikdə 16 qurum iştirak edib.

Yekun nəticələrə əsasən, “Azərbaycan Hava Yolları” QSC, “Regional İnkişaf” İctimai Birliyi, Maliyyə Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Dövlət Turizm Agentliyi növbəti mərhələyə yüksəliblər.