YAP Bərdə rayon təşkilatının Aparatında ömrünün 50 ilini ən şərəfli peşəyə - insanların sağlamlığının qorunmasına həsr etmiş Xuraman Bəylərova ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, Xuraman Bəylərova həkim kimi fəaliyyəti ilə bütün bərdəlilərin rəğbətini qazanıb. O, əsl həkimliyi ilə hər zaman, tariximizin çətin və şərəfli dönəmlərində dövlətə və xalqa xidmətin nümunəsini göstərməyə çalışıb.
YAP Bərdə rayon təşkilatınin sədri Faqət Şadlinskaya Xuraman Bəylərovanı 75 illiyi münasibətilə Fəxri- Fərmanla təltif edib.
Təşkilatın sədri görüş zamanı Xuraman həkimi yubileyi münasibətilə təbrik edib, ona olan el hörmətindən və hər zaman fəaliyyətinin üzvü olduğu YAP Bərdə rayon təşkilatı Aparatı tərəfindən təqdir olunduğundan danişıb, ona can sağlığı, həyatda uğurlar arzulayib.
Xuraman Bəylərova göstərilən diqqət və qayğıya görə hər zaman insan amilini uca tutan Müzəffər Prezidentimiz cənab İlham Əliyevə və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığıni ifadə edib.