Ukrayna müharibənin 1503-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 304 490 hərbçi, 11 841 ədəd tank, 24 310 ədəd zirehli döyüş maşını, 39 497 ədəd artilleriya sistemi, 1 719 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 338 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 350 ədəd helikopter, 87 614 ədəd avtomobil texnikası, 221 396 ədəd PUA, 4 517 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 112 xüsusi avadanlıq itirib.