Ukrayna Rusiyaya enerji atəşkəsi təklifini çatdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Teleqram” səhifəsində məlumat verib.
"Əgər Rusiya enerji sektorumuza hücumları dayandırmağa hazırdırsa, biz də eyni şəkildə cavab verməyə hazır olacağıq. Amerikalılar vasitəsilə belə bir təklifi Rusiya tərəfinə çatdırmışıq", - deyə Prezident vurğulayıb.