08 aprel 2026 10:50
156

Rusiya bu ölkələrə ultimatum verib

Rusiya Baltikyanı ölkələri Ukrayna dronlarının onların əraziləri üzərindən uçmasına icazə verdiyinə görə cəzalandırılacağı ilə bağlı xəbərdarlıq edib.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb. 

"Moskva Baltikyanı regiondakı NATO üzv dövlətlərini Ukraynanın Rusiyaya qarşı dron hücumları üçün hava məkanından istifadə etməsinə  icazə verdikləri təqdirdə cavabla qarşılaşacaqları barədə xəbərdar edib", - nəşr yazıb. 

Martın 26-da üç ölkə - Litva, Estoniya və Latviya Rusiyaya hücum edən Ukrayna dronlarına hava məkanını açmışdı.