Dünya bazarlarında misin qiyməti ABŞ ilə İran arasında elan edilən atəşkəs və Hörmüz boğazı üzərindən gəmiçiliyin bərpa olunacağı gözləntiləri fonunda son üç həftənin ən yüksək səviyyəsinə çatıb.
“İki sahil” "Bloomberg"ə istinadla xəbər verir ki, sənaye metalının qiyməti London Metal Exchange (LME) birjasında 1 ton üçün 12,6 min dollara (+2,9%) qədər yüksəlib.
Qiymətlər sonradan bir qədər korreksiya olunaraq 12,3 min dollar səviyyəsinə enib. Eyni zamanda, alüminium da bahalaşaraq 1 ton üçün 3,47 min dollara çatıb. Agentliyin qeydinə görə, məhz alüminium Hörmüz boğazının bağlanması riskinə ən həssas metallar sırasındadır.