08 aprel 2026 12:45
119

Atəşkəs Vens və Çinin vasitəçiliyi ilə əldə olunub

ABŞ ilə İran arasında atəşkəs razılaşmasının əldə olunmasına Çin hakimiyyəti və ABŞ-ın vitse-prezidenti Cey Di Vens yardım edib.

“İki sahil” xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyinin jurnalisti məlumat yayıb.

Onun sözlərinə görə, məlumat anonim qalmaq istəyən vasitəçi ölkələrdən birinin rəsmisinə istinadla verilib.

Mənbənin bildirdiyinə əsasən, Cey Di Vens aprelin 7-si axşam saatlarında danışıqlara qoşulub. Eyni zamanda, Çin tərəfi İranın razılaşma şərtlərini qəbul etməsinə müəyyən şəkildə təsir göstərib.

AP-nin mənbələri qeyd edir ki, Çin hakimiyyəti “səssiz şəkildə öz əlaqələrindən istifadə edərək atəşkəsə aparan yolu tapmağa kömək edib”.