Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya Şəbəkəsinin Katibliyinin rəhbəri Conatan Prentis arasında videoformatda görüş keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, xidmət rəisi Vüsal Hüseynov “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrası üzrə “Çempion ölkə” qismində Azərbaycanın həyata keçirdiyi fəaliyyətlər, əldə olunan nəticələr barədə ətraflı danışıb. O, həmçinin mayın 5-8-də keçiriləcək ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq istiqamətində görülən işləri diqqətə çatdırıb.
Conatan Prentis Qlobal Paktın icrası üzrə atılan addımları xüsusi qeyd edərək bununla bağlı fikirlərini bölüşüb, eləcə də Foruma hazırlıq mərhələsində uğurlar arzulayıb.
Görüşdə ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumu ilə əlaqədar milli, regional və qlobal səviyyədə həyata keçirilən tədbirlər, eləcə də Azərbaycanın 2026-cı il üzrə "Çempion ölkələr" təşəbbüsünün həmsədri kimi rolu barədə fikir mübadiləsi aparılıb.