10 aprel 2026 20:20
105

ABŞ İrandan öz vətəndaşlarının azad olunmasını tələb edəcək

ABŞ aprelin 11-də Pakistanda keçiriləcək sülh danışıqları zamanı İranda saxlanılan vətəndaşlarının azad edilməsi məsələsini qaldırmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Washington Post" qəzeti məlumat yayıb.

Bildirilib ki, amerikalı danışıqçılar Tehrandan saxlanılanların azad olunmasını tələb etmək niyyətindədirlər.

Bununla belə, mənbələr qeyd edirlər ki, danışıqlar prosesi çətin keçərsə, bu məsələnin nəzərdən keçirilməsi təxirə salına bilər.

Nəşrin məlumatına görə, saxlanılanların azad edilməsi və ya mübadiləsi İranın təklif etdiyi, ölkənin dövlət KİV-ləri tərəfindən yayılan və Vaşinqton tərəfindən qəbul olunmayan 10 bəndlik plana daxil edilməyib.