12 aprel 2026 18:18
101

"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi

"Liverpul"un kapitanı Vircil van Deyk bilet qiymətlərinin artırılmasına etiraz edən azarkeşləri müdafiə edib.

“İki sahil” xəbər verir ki, o, azarkeşlərin klubun əsas dayağı olduğunu vurğulayaraq rəhbərliyi problemi həll etməyə çağırıb. ESPN nəşrinin məlumatına görə, niderlandlı müdafiəçi azarkeşlərin tərəfində olduğunu vurğulayıb: 

"Azarkeşlər bu klubun qəlbi və ruhudur. Əgər etiraz etməli olduqlarını düşünürlərsə, buna tam hüquqları var. Ümid edirəm ki, klubla bir həll yolu tapılacaq. Bu məsələlər mənim kapitanlıq səlahiyyətlərimi aşsa da, qeyd etməliyəm ki, azarkeşlər elə klubun özüdür. Bu problemin həlli vacibdir, çünki mövcud vəziyyət heç kimə fayda vermir".

Qeyd edək ki, klubun növbəti üç mövsüm üçün qiymət artımı qərarı "Fulhem"lə oyunda tribunlarda etiraz aksiyası ilə qarşılanıb.