12 aprel 2026 20:02
113

“Turan Tovuz” “Sumqayıt”a qalib gəldi

Misli Premyer Liqasının 27-ci turunda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib.

İki sahil” yazır ki, oyunun 8-ci dəqiqəsində Filip Ozobiç hesabı açıb. 50-ci dəqiqədə isə Joarlem Santos tovuzluların üstünlüyünü iki topa yüksəldib.

63-cü dəqiqədə Rayan Senhadji “Sumqayıt”ı ümidləndirən qolu vursa da bundan artığına gücləri çatmayıb.

Yarış “Turan Tovuz”un qələbəsi ilə başa çatıb.

Misli Premyer Liqası

27-ci tur

12 aprel (bazar)

18:00. “Turan Tovuz” 2-1 “Sumqayıt”

Qollar: Filip Ozobiç, 8 (1-0), Joarlem Santos, 50 (2-0), Rayan Senhadji, 63 (2-1)

Tovuz şəhər stadionu