12 aprel 2026 20:44
129

Pakistanın XİN rəhbəri ABŞ-İran danışıqları barədə misirli həmkarını məlumatlandırıb

Misirin xarici işlər naziri Bədr Əbdülati pakistanlı həmkarı Məhəmməd İshaq Darla telefonla danışı və ABŞ ilə İran arasındakı diaqlo barədə fikir mübadiləsi aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Bu zəng İslamabadda ABŞ və İran arasında keçirilən danışıqların ardınca regional vəziyyətlə bağlı son inkişafları nəzərdən keçirmək və iki ölkə arasındakı birgə səyləri əlaqələndirmək məqsədi daşıyırdı", - XİN-in məlumatında bildirilib və əlavə olunub ki, zəng zamanı iki ölkə arasında sıx koordinasiya və davamlı məsləhətləşmələrin qorunub saxlanılması vurğulanıb:

"Həmçinin mövcud vəziyyətin regional sülh və təhlükəsizliyə təsirləri fonunda ABŞ və İran arasında anlaşma əldə etməyə yönəlmiş birgə səylər çərçivəsində Bədr Əbdülatiyə İslamabad danışıqları barədə məlumat verilib. Hər iki nazir regionda təhlükəsizlik və sabitliyi qorumaq, vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədilə diplomatik prosesi inkişaf etdirmək, dialoq və sülhsevər həll yollarını üstün tutmaq üçün birgə səylərin davam etdirilməsinin vacibliyini qabardıblar".

Pakistanlı nazir Misir, Pakistan və Türkiyə arasında mövcud koordinasiya səviyyəsini yüksək qiymətləndirib.