Azərbaycanın stolüstü tennisçisi Nihad Məmmədov möhtəşəm nəticəyə imza ataraq yeni dünya rekordunu müəyyənləşdirib.
“İki sahil” xəbər verir ki, idmançımız bu qürurverici nailiyyəti "Şüa İdman Kompleksi"ndə gerçəkləşdirib. Belə ki, o, stolüstü tennisdə topu uzaq məsafədən oyuna daxil etmək üzrə qeydə alınan dünya rekordunu yeniləməyi bacarıb və adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Qeyd edək ki, bu rekord daha öncə türkiyəli Osman Gürcüyə məxsus olub (16.70 metr). İdmançımız bu hərəkəti 17 metr məsafədən həyata keçirməyi bacarıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər
Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında çıxışlarını başa vurublar