Avstraliya ABŞ-nin Hörmüz boğazının blokadasında iştirak etməyi planlaşdırmır.
“İki sahil” xəbər verir ki, bu barədə Avstraliya xarici işlər nazirinin müavini Mett Tislveyt “Sky News Australia”ya müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, onun ölkəsi hesab edir ki, “uzunmüddətli sülhə nail olmağın və nəticədə avstraliyalılar üçün yanacaq qiymətlərini aşağı salmağın ən yaxşı yolu danışıqlardır”.
Qeyd edək ki, aprelin 12-də Prezident Donald Tramp İranla əsas razılaşmaların pozulmasından sonra ABŞ-nin Hörmüz boğazını blokadaya alacağını açıqlayıb. ABŞ lideri Hərbi Dəniz Qüvvələrinə İrana rüsum ödəyən gəmiləri beynəlxalq sularda izləməyi və saxlamağı, həmçinin ərazidəki minaları təmizləməyi tapşırıb.
Pakistan bölgədə gərginliyin azalmasına kömək edəcək şərait yaratmağa çalışır
Britaniya aeroportlarında texniki nasazlıq səbəbindən 1,9 min reys ləğv edilib